Modern.az

Çavuşoğlu və Lavrov Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək

Çavuşoğlu və Lavrov Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək

Dünya

5 Aprel 2023, 21:46

Rusiya xarici işlər naziri Sergey Lavrov aprelin 6-7-də Türkiyəyə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlunun dəvəti ilə baş tutan səfər zamanı ikitərəfli və beynəlxalq məsələlər üzrə geniş spektrli danışıqlar nəzərdə tutulur.

 

Belə ki, XİN başçılarının görüşündə Ukrayna, Cənubi Qafqaz, Yaxın Şərq və Şimali Afrika regionunda, Mərkəzi Asiya və Qara dəniz bölgəsindəki vəziyyətlə bağlı müzakirələr aparılacaq. Nazirlər əsasən Ukrayna böhranının hazırkı vəziyyətini nəzərdən keçirəcək, münaqişənin sülh yolu ilə həllinin prinsipləri və yollarını müzakirə edəcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada