Modern.az

Fransada qalmaqallı qanun təsdiqləndi

Fransada qalmaqallı qanun təsdiqləndi

Dünya

14 Aprel 2023, 20:21

Fransada milyonlarla insanın etirazına səbəb olan pensiya islahatı haqqında qanun təsdiq edilib.

 

Modern.az xəbər verir ki, qanun ölkənin konstitusiya şurası tərəfindən təsdiqlənib.

 

Beləliklə, əhalinin narazılığına baxmayaraq, Fransada pensiya yaşı 62-dən 64-ə qaldırılacaq. Bununla da orta ömür müddəti 82 yaş olan Fransa pensiyaçıları 20 il yox, 18 il pensiya ala biləcək.

 

Hökumətin pensiya islahatı ölkədə kütləvi etirazlara və iğitşaşlara səbəb olub.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...