Modern.az

Yanacaq daşıyan tanker partladı - 13 ölü, 10 yaralı

Yanacaq daşıyan tanker partladı - 13 ölü, 10 yaralı

Dünya

28 Aprel 2023, 21:20

Nigeriyanın Plato vilayətində yanacaq daşıyan tanker partlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 13 nəfər ölüb.

 

Məlumata görə, partlayış naməlum səbəbdən evakuasiya zamanı baş verib. Qəza nəticəsində 10 nəfər isə yaralanıb.

 

Partlayış zamanı 28 mağaza və 8 avtomobilə ziyan dəyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV