Modern.az

Xerson yenidən atəşə tutuldu - Ölən və yaralılar var 

Xerson yenidən atəşə tutuldu - Ölən və yaralılar var 

Dünya

29 Aprel 2023, 00:37

Rusiya ordusu Ukraynanın Xerson vilayətinin Bilozerka bölgəsini atəşə tutub.

 

Modern.az xəbər verir ki, bu barədə vilayət rəsmiləri məlumat yayıb.

 

Hücum nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. Bir neçə fərdi evə ziyan dəyib. Mərmilərin düşdüyü yerlərdə yanğınlar başlayıb.

 

"Təəssüf ki, bir nəfər dünyasını dəyişib. Yanğın söndürüldükdən sonra 57 yaşlı qadının meyiti yaşadığı evin dağıntıları altından tapılıb", - açıqlamada bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV