Modern.az

Almaniya Ukrayna üçün mərmi istehsal edəcək

Almaniya Ukrayna üçün mərmi istehsal edəcək

Dünya

29 Aprel 2023, 07:00

Almaniya ilin sonuna qədər Avropa İttifaqı ölkələrinin Ukraynaya tədarük etməyə razılaşdığı 1 milyon ədəd 155 mm çaplı artilleriya mərmisindən 250 minini istehsal etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Frankfurter Allgemeine Zeitung nəşri məlumat yayıb.

 

Nəşrin məlumatına görə, Almaniyada “Rheinmetall” konserni mərmi istehsalına cavabdeh olacaq. Həmçinin konsern, sursat istehsalı üçün Avstraliya və Cənubi Afrikadan gələn elementlərdən istifadə edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...