Modern.az

Ukraynaya raket hücumu, 20-dən çox ölən var

Ukraynaya raket hücumu, 20-dən çox ölən var

Dünya

29 Aprel 2023, 07:05

Rusiya ordusunun Ukraynanın Uman şəhərinə raket hücumu nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

 

Bildirilib ki, ölənlərin 4-ü uşaqdır.

 

Xatırladaq ki, Rusiya qoşunları aprelin 28-nə keçən gecə Çerkas vilayətinin Uman şəhərinə raket zərbəsi endirib. Nəticədə 10-a yaxın yaşayış binası zərər görüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...