Modern.az

Türkiyədə ağır qəza - 4 ölü, çoxlu sayda yaralı var

Türkiyədə ağır qəza - 4 ölü, çoxlu sayda yaralı var

Dünya

29 May 2023, 12:36

Türkiyənin Sivas əyalətində yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

 

Modern.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

 

Bildirilib ki, hadisə Sivas-Kangal avtomobil yolunun Yağdonduran kəndindən keçən hissəsində baş verib.

 

Qəza yerinə xilasedicilər, təcili tibbi yardım heyəti və polis əməkdaşları cəlb olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV