Modern.az

Ukrayna üçün 50 milyardlıq yardım paketi hazırlanır

Ukrayna üçün 50 milyardlıq yardım paketi hazırlanır

Dünya

20 İyun 2023, 08:04

Avropa İttifaqı (Aİ) Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımı paketi təklif etməyə hazırlaşır.

 

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

 

Bildirilib ki, plan ictimaiyyətə açıqlanmadan əvvəl dəyişikliklər edilə bilər.


“Avropa Komissiyası Ukraynaya qrantlar, güzəştli kreditlər və zəmanətlər şəklində yardım təklif etməyə hazırlaşır. Paket bazar kreditləri hesabına deyil, Aİ-yə üzv dövlətlər tərəfindən maliyyələşdiriləcək. Ukraynaya dəstək planı Aİ-nin 2021-2027-ci illər üçün uzunmüddətli büdcəsinə yenidən baxılması çərçivəsində həyata keçiriləcək. Vəsait Ukraynanın qanunun aliliyinin möhkəmləndirilməsinə və korrupsiyaya qarşı mübarizəyə yönəlmiş islahatlar aparması şərti ilə ödəniləcək”, - agentliyin məlumatında deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV