Modern.az

Türkiyədə ağır qəza: 1 ölü, 28 yaralı

Türkiyədə ağır qəza: 1 ölü, 28 yaralı

Dünya

20 İyun 2023, 12:03

Türkiyənin Mersin şəhərinin Tarsus adlanan bölgəsində avtobus yük maşını ilə toqquşub.

 

Modern.az xəbər verir ki, qəzadan sonra avtobus yol kənarındakı qoşquya çırpılaraq dərəyə aşıb.

 

Hadisə nəticəsində 1 nəfər ölüb, 28 nəfər yaralanıb. Ölən şəxsin avtobusun sürücüsü olduğu bildirilir.

 

Xəsarət alan TIR sürücüsü və avtobusda olan 27 sərnişin təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları