Tacikistan Prezidenti Emoməli Rəhmon Türkmənistana səfər edib.
Modern.az xəbər verir ki, bu barədə “Sputnik”in Tacikistan bürosu məlumat yayıb.
Qeyd olunub ki, işgüzar səfər çərçivəsində Tacikistan lideri Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb.
Görüş zamanı ölkələrarası münasibətlərin aktual məsələləri müzakirə edilib, bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi qeyd edilib.