Modern.az

Ermənistan əhalisinin 67%-i Paşinyana etibar etmir - SORĞU

Ermənistan əhalisinin 67%-i Paşinyana etibar etmir - SORĞU

Dünya

4 Avqust 2023, 13:14

Ermənistan vətəndaşlarının 67%-dən çoxu ölkənin Baş naziri Nikol Paşinyana etibar etmir.

 

Modern.az xəbər verir ki, bu, “GALLUP Beynəlxalq Assosiasiyası”nın keçirdiyi sorğunun nəticəsində məlum olub.

 

Təşkilatın Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan mətbuat konfransında deyib ki, Paşinyanın iyulun 25-i keçirdiyi mətbuat konfransını vətəndaşların 65%-i izləyib.

 

Respondentlərin 16,1%-i "Paşinyanın cavablarına etibar etmək olarmı" sualına müsbət cavab verib: “Belə ki, sorğu iştirakçılarının 14,5 faizi bu suala güman ki, etibar etdiklərini, 13,1 faizi etibar etmədiklərini, 54,4 faizi isə tamamilə etibar etmədiklərini bildiriblər. 1,8% isə cavab verməkdə çətinlik çəkib”.

 

Respondentlərin fikrincə, təhlükəsizlik məsələləri ölkədə ən ciddi problemdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu