Modern.az

Baydenin rəqibi Kiyevə gəldi

Baydenin rəqibi Kiyevə gəldi

Dünya

4 Avqust 2023, 23:53

ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərinə namizəd olmaq istəyən Nyu Cersinin keçmiş qubernatoru Kris Kristi Ukraynaya səfər edib.

 

Modern.az xəbər verir ki, o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

 

“Ukraynada prezident Zelenski ilə görüşmək və ukraynalıların Rusiyaya qarşı mübarizələrində göstərdikləri qəhrəmanlıqları öz gözləri ilə görmək şərəf idi", - o qeyd edib.

 

Zelenski görüş zamanı Rusiyaya qarşı mübarizənin qələbə ilə nəticələnəcəyinə əmin olduğunu bildirib.

 

ABŞ-da Respublikaçılar Partiyasının üzvləri arasında Ukraynaya verilən dəstək haqqında müxtəlif fikirlər olsa da, Kristi prezident olacağı təqdirdə Ukraynanın müharibədə qalib gəlməsi üçün yardımı artıracağını bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu