Modern.az

Argentinada güclü ZƏLZƏLƏ

Argentinada güclü ZƏLZƏLƏ

Dünya

5 Avqust 2023, 12:05

Argentinada 6,1 bal maqnitudada zəlzələ baş verib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Episentri Anatuya şəhərindən 45 km şimal-qərbdə qeydə alınan yeraltı təkanların dərinliyi 592 km olub.

 

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

 

Qeyd edək ki, Anatuya şəhərinin əhalisinin sayı 20,2 min nəfər təşkil edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır