Modern.az

Yakutiyanın ilk prezidenti vəfat etdi

Yakutiyanın ilk prezidenti vəfat etdi

Dünya

5 Avqust 2023, 12:20

Rusiya Federasiyasının Saxa Respublikasının (Yakutiya) ilk Prezidenti Mixail Nikolayev 85 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə bölgənin başçısı Aysen Nikolayev bildirib.

 

Onun vəfatı ilə əlaqədar respublikada avqustun 5-dən 8-dək üçgünlük matəm elan edilib.

 

Qeyd edək ki, Mixail Nikolayev 1937-ci il noyabrın 13-də o zamankı Yakutiya Muxtar Respublikasının Oktemts kəndində anadan olub.

 

O, Rusiya Federasiya Şurasının sədr müavini vəzifəsində çalışıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu