Modern.az

Rusiya mühərrik zavodunu hədəfə aldı

Rusiya mühərrik zavodunu hədəfə aldı

Dünya

5 Avqust 2023, 22:34

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının raket hücumu barədə məlumat verib.

 

Modern.az xəbər verir ki, müvafiq videomüraciət Zelenskinin teleqram kanalında yerləşdirilib.

 

O bildirib ki, raketlər “Motor Sich” zavoduna dəyib. Bu müəssisə Zaporojyedə yerləşir və təyyarə mühərrikləri istehsal edir.

 

Hücum "Kinjal", "Kalibr" raketləri ilə həyata keçirilib. "Raketlərin bir hissəsi vuruldu, buna görə hava hücumundan müdafiədə xidmət edən əsgərlərimizə təşəkkür edirəm”, - deyə Zelenski vurğulayıb.

 

Qeyd edək ki, "Motor Sich" dünyanın aparıcı təyyarə və helikopter mühərrikləri, sənaye qaz turbinləri istehsalçılarından biridir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu