Pakistanın cənubunda sərnişin qatarının relsdən çıxması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
Modern.az “Geo News”a istinadən xəbər verir ki, Sind vilayətində Navabşax şəhəri yaxınlığında Kəraçidən Abbotabada gedən qatarda 10 vaqonun relsdən çıxması nəticəsində ən azı 80 sərnişin də xəsarət alıb.