Modern.az

Priqojinin yaxın adamı həbs edildi

Priqojinin yaxın adamı həbs edildi

Dünya

30 Avqust 2023, 09:00

Bolqarıstan məhkəməsi mütəşəkkil cinayətkar qrupa rəhbərlik, qətl və qəsb daxil olmaqla 20-yə yaxın cinayətdə ittiham olunan iş adamı Vasili Bojkovu həbs edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Blitz" nəşri yazıb.

 

Bojkov avqustun 23-də təyyarə qəzasında ölən “Vaqner” muzdlu şirkətinin təsisçisi Yevgeni Priqojinin yaxın adamı və biznes ortağı olub.

 

İş adamı avqustun 25-də Dubaydan qayıdandan sonra həbs edilib. Məhkəmə iclasında prokuror həbsin zəruriliyini Bojkovun Yevgeni Priqojinlə elektron poçtla fəal yazışması ilə əsaslandırıb.

 

Qeyd edək ki, 2021-ci ildə Bojkov Bolqarıstan rəsmilərinə rüşvət müqabilində Rusiyanın məmurlara təsir kanalı təşkil etməyə cəhd etdiyinə görə ABŞ sanksiyalarına məruz qalıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Zelenski bəzi ərazilərin Rusiyada qalmasına razılaşdı