Ağ Ev ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Çinin xarici işlər naziri Vanq Yi arasında görüş barədə məlumat yayıb.
Modern.az xəbər verir ki, açıqlamada səmimi və konstruktiv danışıqlar aparıldığı bildirilib.
Görüş zamanı tərəflər Ukrayna və Tayvandakı vəziyyəti müzakirə ediblər.
Onlar, həmçinin yaxın aylarda əlavə yüksək səviyyəli təmasların və əsas məsələlər üzrə məsləhətləşmələrin keçirilməsi barədə razılığa gəliblər.
***
18:12
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Çinin xarici işlər naziri Vanq Yi ilə danışıqlar aparıb.
Modern.az xəbər verir ki, bu barədə “Reuters“ agentliyi mənbələrə istinadən məlumat yayıb.
Görüş Maltada baş tutub.
Məlumata görə, danışıqlar həftəsonu baş tutub.
Görüşlə bağlı rəsmi məlumat açıqlanmayıb.