Modern.az

Ukraynalı qaçqınların 63 faizi ölkəsinə qayıtmağı arzulayır - SORĞU

Ukraynalı qaçqınların 63 faizi ölkəsinə qayıtmağı arzulayır - SORĞU

Dünya

17 Oktyabr 2023, 12:20

Müharibə səbəbindən ölkəsini tərk edən ukraynalıların 18%-i xaricdə qalmaq istəyir.

 

Modern.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, bu rəqəm “Gradus Research”ün keçirdiyi sorğunun nəticələrində əks olunub.

 

Araşdırmaya görə, köçdüyü yerdə qalmaq istəyən Ukrayna vətəndaşlarının sayında 10% artım müşahidə olunub. Belə ki, rəqəm il ərzində 8%-dən 18%-ə yüksəlib.

 

Evə qayıtmaq istəyənlərin sayı isə bir qədər azalıb. Müvafiq göstərici 67%-dən 63%-ə enib. Geri qayıtmaq istəyənlərin 39%-i bunu 2024-cü ilin sonuna qədər etməyi planlaşdırır, 36%-i isə vaxtla bağlı qərar verməkdə çətinlik çəkir.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!