Modern.az

Diplomatlardan Ağ Evə xəbərdarlıq: Ərəb dünyasında nüfuzdan düşürük...

Diplomatlardan Ağ Evə xəbərdarlıq: Ərəb dünyasında nüfuzdan düşürük...

Dünya

10 Noyabr 2023, 10:52

Ağ Evə ABŞ-ın ərəb dünyasındakı mövqeyindən narazılıq dalğası barədə xəbərdarlıq edilib.

 

Modern.az xəbər verir ki, bunu CNN gündəmə gətirib.

 

Belə ki, Yaxın Şərqdə işləyən ABŞ diplomatları prezident Co Bayden administrasiyasına xəbərdarlıq ediblər ki, Vaşinqtonun İsrailin Qəzzada hərbi kampaniyasına dəstəyi ərəb dünyasında narazılığa səbəb ola bilər.

 

Xüsusilə qeyd edilib ki, ABŞ tutduğu mövqeyə görə ərəb ölkələrinin dəstəyini bütöv bir nəsildə itirə bilər.

 

CNN-n məlumatına görə, bu, Yaxın Şərqi bürüyən anti-Amerika axını ilə bağlı həyəcan siqnalıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada