Modern.az

Yaxın Şərqdə nizamlanmanın düsturunu hazırlayırıq - Ərdoğan

Yaxın Şərqdə nizamlanmanın düsturunu hazırlayırıq - Ərdoğan

Dünya

10 Noyabr 2023, 11:41

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənd sammitindən qayıdarkən jurnalistlərə verdiyi açıqlamalarda mühüm məqamlara toxunub.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, o, Fələstin-İsrail qarşıdurmasından danışıb.

 

"Türkiyə atəşkəsdən sonrakı dövr üçün Yaxın Şərqdə nizamlanmanın düsturunu ən xırda təfərrüatına qədər hazırlayır. Ərəb Liqasının noyabrın 11-də Ər-Riyadda keçiriləcək iclasında Qəzzada qarşıdurma ilə bağlı qərarlar veriləcək. İKT-nin Səudiyyə Ərəbistanında keçiriləcək sammitinin əsas mövzusu Qəzzada tezliklə atəşkəs və nizamlanma olacaq", - o deyib.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...