Modern.az

Bayden hakimiyyətə gələndə vəziyyət yaxşı idi, ya indi? - SORĞU

Bayden hakimiyyətə gələndə vəziyyət yaxşı idi, ya indi? - SORĞU

Dünya

13 Noyabr 2023, 11:24

ABŞ-da seçicilərinin yalnız 14%-i Co Baydenin vəzifəyə gəldiyi vaxtdan daha yaxşı vəziyyətə düşdüklərinə inanır.

 

Modern.az "Financial Times"a istinadən xəbər verir ki, bu barədə "Michigan Ross"un apardığı sosioloji sorğunun nəticələri dərc olunub.

 

Qeyd olunub ki, bu, prezidentin iqtisadi göstəricilərinin onun yenidən seçilmək perspektivlərini sarsıda biləcəyinə dair son işarədir.

 

Seçicilərin təxminən 70%-i Baydenin iqtisadi siyasətinin ya ABŞ iqtisadiyyatına zərər verdiyini və ya ona heç bir təsir göstərmədiyini düşünür. 

 

O cümlədən 33%-i prezidentin siyasətinin “iqtisadiyyata böyük ziyan vurduğunu” düşünür. Yalnız 26% onun siyasətinin iqtisadi inkişafa kömək etdiyini söyləyib.

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək