Ermənistan parlamentinin hakim Mülki Müqavilə Partiyasının fraksiyasında yeni deputat təmsil olunub.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu, Tiqran Parsilyandır.
Deputat Ararat vilayətinin keçmiş qubernator müavinidir. Parsilyan bu yaxınlarda ölən Matevos Asatryanın yerinə proporsional siyahı üzrə mandat alıb.