Modern.az

Ukrayna müharibədə nə qədər hərbçisini itirib? - Şok rəqəmlər açıqlandı

Ukrayna müharibədə nə qədər hərbçisini itirib? - Şok rəqəmlər açıqlandı

Dünya

13 Noyabr 2023, 16:22

Ukrayna ordusu Rusiyanın işğalı zamanı 190 min nəfər itki verib.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniyanın "The Economist" nəşri ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

 

Məlumata görə, onlardan ən azı 70 mini ölüb, 120 mini yaralanıb.

 

Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, 2022-ci ilin fevralından noyabr ayına qədər 13 minə yaxın hərbçi həlak olub.

 

2023-cü ilin avqustunda "The New York Times" Qərb rəsmiləri və analitiklərinin hesablamalarına istinadən yazrdı ki, Ukraynanın itkiləri ölən və yaralananlar daxil olmaqla 150 min hərbçini keçib.

 

Rusiya Müdafiə Nazirliyi hərbi qarşıdurma zamanı yaralanan və həlak olanlarla bağlı məlumatı rəsmi şəkildə açıqlamır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək