Modern.az

Azərbaycanla bağlı qanun layihəsi Türkiyə parlamentinə TƏQDİM EDİLDİ

Azərbaycanla bağlı qanun layihəsi Türkiyə parlamentinə TƏQDİM EDİLDİ

Dünya

13 Noyabr 2023, 17:04

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı vəzifə müddətinin 1 il uzadılması ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.

 

Modern.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə göndərilən layihədə Azərbaycanın 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağda qeyri-qanuni separatçı birləşmələrin və onlara bağlı silahlı bölmələrin ləğv edildiyi və faktiki işğala tamamilə son qoyulduğu vurğulanıb.

 

"Azərbaycana güclü dəstək verən Türkiyə bu prosesə mühüm töhfələr verməkdədir. Bölgədə sülhün və sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsi və bunun asanlaşdırılması üçün iqtisadi infrastrukturun inşası və canlandırılmasının həyata keçirildiyi qeyd olunub", - xəbərdə deyilir.

 

Layihədə Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin çalışdığı Türkiyə və Rusiya tərəfindən yaradılan Birgə Mərkəzin fəaliyyətini uğurla davam etdirdiyi, Türkiyənin bölgənin təhlükəsizliyinə və tərəflər arasında etimadın qurulmasına töhfə verdiyi bildirilib. Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin Birgə Mərkəzdə vəzifələrini davam etdirməsinin Türkiyənin bölgədəki fəal və konstruktiv rolunun və milli maraqlarının tələbi olduğu vurğulanıb və aşağıdakılar qeyd edilib:

 

Layihədə 16 avqust 2010-cu il tarixində imzalanmış “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Sazişi”nə istinad olunub və sənədin müddəalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək