"Çin və Rusiya Şimali Koreyaya kömək edir".
Modern.az xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin bildirib.
Onun sözlərinə görə, Pekin və Moskvanın köməyi sayəsində Pxenyan hərbi potensialını artırır və BMT sanksiyalarından yan keçir. Ostin Cənubi Koreyaya səfəri zamanı BMT Komandanlığına daxil olan 17 ölkənin müdafiə nazirləri və nümayəndələri ilə görüşərkən deyib:
“Biz Çin və Rusiyanın KXDR-ə imkanlarını genişləndirməsində kömək etməsindən dərin narahatıq”.
Bundan əvvəl Vaşinqton birbaşa Şimali Koreyanı Ukraynaya müdaxilə zamanı istifadə üçün Rusiyaya silah verməkdə ittiham edib. Ostinin səfəri ərəfəsində Pxenyan BMT Komandanlığının ləğvini tələb edib.
BMT-nin Cənubi Koreyadakı Komandanlığı 1950-ci ildə yaradılıb, o, KXDR ilə Cənubi Koreya arasında hərbisizləşdirilmiş zonaya nəzarət edir və Koreya müharibəsini bitirən atəşkəs müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə nəzarət edir.