Modern.az

Koçaryanın oğlu Paşinyanın partiyadaşı ilə birgə AND İÇDİ

Koçaryanın oğlu Paşinyanın partiyadaşı ilə birgə AND İÇDİ

Dünya

14 Noyabr 2023, 10:52

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın bir müddət əvvəl həbsdən azad edilən oğlu Levon müxalifətin “Hayastan” fraksiyasından parlamentə düşüb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bugünkü iclasda o and içib.

 

Bala Koçaryan mandatı proporsional siyahı üzrə fraksiya nümayəndəsi Armen Çarçyanın istefasından və seçki siyahısında aşağıdakı namizədlərin Milli Assambleyada yer almaqdan imtina etməsindən sonra alıb.

 

Ermənistan parlamentində yeni deputat - hakim “Mülki müqavilə”nin nümayəndəsi, Araratın keçmiş vitse-qubernatoru Tiqran Parsilyan da and içib. O isə ölən deputatın əvəzinə proporsional siyahı üzrə parlamentə düşüb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək