"Ermənistanda Aİ müşahidəçilərinin sayının artırılması, onların imkanlarının genişləndirilməsi ilə bağlı qərar var ki, bu da müşahidə ilə bağlı daha fəal işə imkan verəcək".
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin XİN başçısının müavini Paruyr Ovanisyan deyib.
"Müşahidəçilər Brüsselə və üzv dövlətlərə müvafiq hesabatlar təqdim edəcək ki, bu da sərhədlərimizin sabitliyini mütləq gücləndirəcək. Tezliklə bu istiqamətdə işlərə başlanacaq və heç bir ləngimə olmayacaq. Viza rejiminin liberallaşdırılması məsələsi Ermənistan-Aİ gündəminin ən çətin məsələlərindən biridir. Aİ Nazirlər Şurasının qərarı Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqların başlanması ilə bağlı olub.
Beləliklə, proses başladı. Etiraz edən ölkə olmaması vacibdir, çünki belə bir konsensusa nail olmaq çətindir. Bu, çox müsbətdir. Biz bu prosesi mümkün qədər sürətləndirmək üçün Aİ və üzv dövlətlərlə fəal işləməyə davam edəcəyik", - o əlavə edib.