Modern.az

Rusiyaya qarşı növbəti demarş: Paşinyan KTMT-nin toplantısına qatılmayacaq

Rusiyaya qarşı növbəti demarş: Paşinyan KTMT-nin toplantısına qatılmayacaq

Dünya

14 Noyabr 2023, 11:46

Ermənistanın baş naziri Nikol Paşinyan ilə Belarus prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, təşəbbüs Belarus tərəfdən olub. KTMT-nin noyabrın 23-də Belarusun paytaxtı Minskdə keçiriləcək iclasının təşkili ilə bağlı məsələlər müzakirə edilib.

 

Paşinyan Belarus prezidentinə görüşdə iştirak edə bilməyəcəyi barədə məlumat verib və KTMT tərəfdaşlarının bu qərara anlayışla yanaşacağına ümid etdiyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək