Modern.az

Davutoğlunun bələdiyyə sədrliyinə namizədi vəfat etdi

Davutoğlunun bələdiyyə sədrliyinə namizədi vəfat etdi

Dünya

14 Noyabr 2023, 14:26

Türkiyədə 2024-cü ilin 31 mart tarixində keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərində namizəd olacağı elan edilmiş siyasətçi, müxalif Gələcək Partiyasının üzvü İsmail Akay vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə partiyanın sədri, sabiq baş nazir və XİN başçısı Ahmet Davutoğlu X-də paylaşım edib.

 

"Kütahya Emet rayon təşkilatımızın sədri və bələdiyyə sədrliyinə namizədimiz, qiymətli yol yoldaşım İsmail Akayın vəfatını böyük üzüntü ilə öyrəndim. Mərhuma Allahdan rəhmət, ailəsinə və təşkilatımıza səbr və başsağlığı diləyirəm", - deyə o yazıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək