Modern.az

Nazir universitetdəki yanğından danışdı - Rektor işdən çıxarılacaq?

Nazir universitetdəki yanğından danışdı - Rektor işdən çıxarılacaq?

Dünya

17 Noyabr 2023, 13:12

"İrəvan Dövlət Universitetində baş verən yanğın tez söndürülüb, rektorun işdən çıxarılması məsələsinin gündəmə gəlməsi tezdir".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın elm, təhsil, mədəniyyət və idman naziri Janna Andreasyan deyib:

 

"Fövqəladə hadisə yerinə baxış keçirilir. Baş verənlərlə bağlı bir neçə versiya var. Peşəkar rəy gözləmək daha yaxşıdır".

 

Nazir jurnalistlərin İrəvan Dövlət Universitetinin rektoru Hovhannes Hovhannisyanın tutduğu vəzifədən uzaqlaşdırılıb-uzaqlaşdırılmayacağı ilə bağlı sualını yersiz adlandırıb:

 

"Əvvəlcə fövqəladə vəziyyətin səbəbini tapmaq lazımdır. Əgər bu, kiminsə öz vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində baş veribsə, nəticə çıxarılacaq".

İrəvan Dövlət Universitetindəki partlayışda ölənlərin sayı artdı - YENİLƏNİB
Bu xəbər ilə bağlı
İrəvan Dövlət Universitetindəki partlayışda ölənlərin sayı artdı - YENİLƏNİB
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...