Çeçenistanın Prezidenti Ramzan Kadırovun 16 yaşlı oğlu Adəm Kadırova daha bir vəzifə həvalə olunub.
Modern.az xəbər verir ki, o, Rusiya Müdafiə Nazirliyinin strukturuna daxil olacaq Şeyx Mənsur adına çeçen batalyonunun “kuratoru” təyin olunub.
Məlumatı Çeçenistan parlamenti spikeri Maqomed Davudov və Dövlət Dumasının Çeçenistandan olan deputatı Adəm Dəlimxanov da təsdiq edib.
“Adəm Kadırova mühüm istiqamət həvalə olunub: bundan sonra o, Rusiya Müdafiə Nazirliyinin tərkibindəki ən döyüşə hazır bölmələrdən birinə - Şeyx Mənsur batalyonuna nəzarət edəcək. Əminəm ki, Birinci Prezidentimizin nəvəsi, Rusiya Qəhrəmanı Axmat-Hacı Kadırov ona göstərilən etimadı yüksək səviyyədə doğruldacaq və batalyonun şəxsi heyətinin üzərinə düşən vəzifəni yerinə yetirməsi üçün lazım olan hər şeyi edəcəkdir”, - deyə Davudov teleqram kanalında yazıb. Onun sözlərinə görə, Adəm Kadırov “Şeyx Mənsur batalyonunun ulduzu” ilə təltif edilib.
2023-cü ilin oktyabrında Ramzan Kadırov Çeçenistanda Rusiya Müdafiə Nazirliyinin tərkibində olacaq və Ukraynadakı müharibədə iştirak edəcək Şeyx Mənsur adına batalyonun yaradılmasına qərar verib.
Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanov bildirib ki, birliyə siyasətçi Boris Nemtsovun qətlində əli olan “Sever” batalyonunun keçmiş komandir müavini Ruslan Geremeyev rəhbərlik edir. Şeyx Mənsur (1760–1794) 1785–1791-ci illərdə Şimali Qafqaz dağlılarının azadlıq hərəkatının rəhbəri olub.
Oktyabrın 7-də Adəm Kadırov Çeçenistan Qəhrəmanı adına layiq görülüb. O, Quranı yandırmaqda ittiham olunan şəxsi həbsxanada döyməsi ilə məşhurlaşmışdı. Bundan sonra Kadırov mütəmadi olaraq müxtəlif medallar, adlar və ordenlərlə təltif olunub. Noyabrın 5-də məlum olub ki, 15 yaşlı gənc Çeçenistan Prezidentinin təhlükəsizlik departamentinə rəhbər təyin edilib.