Modern.az

Qazaxıstan və Türkmənistan arasında önəmli RAZILAŞMA

Qazaxıstan və Türkmənistan arasında önəmli RAZILAŞMA

Dünya

29 Noyabr 2023, 12:50

Qazaxıstan və Türkmənistan “Çin-Qazaxıstan-Türkmənistan-İran” dəhlizinin inkişafı ilə bağlı razılığa gəliblər.

 

Modern.az xəbər verir ki, bu barədə "Kazinform" yazıb.

 

Belə ki, Aşqabadda Qazaxıstan Respublikasının nəqliyyat nazirinin müavini Talqat Lastaev və Türkmənistan tərəfdən müvafiq agentliyin nümayəndəsinin həmsədrliyi ilə Qazaxıstan və Türkmənistanın nəqliyyat, tranzit və logistikanın inkişafı üzrə birgə işçi qrupunun ilk iclası keçirilib.

 

Görüşün yekununda Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi ilə Türkmənistan Nazirlər Kabineti yanında Nəqliyyat və Rabitə Agentliyi arasında nəqliyyat əlaqəsi haqqında protokol və memorandum imzalanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən ermənilərə şok dəstək - AYAĞA QALXIN!