Modern.az

Qriqoryan Papuaşvili ilə Azərbaycanla sülh müqaviləsini müzakirə etdi

Qriqoryan Papuaşvili ilə Azərbaycanla sülh müqaviləsini müzakirə etdi

Dünya

29 Noyabr 2023, 14:16

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş olub.

 

Modern.az xəbər verir ki, görüş Qriqoryanın Gürcüstana səfəri çərçivəsində paytaxt Tbilisidə baş tutub.

 

Bildirilib ki, tərəflər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsini müzakirə ediblər.

 

Papuaşvili Gürcüstanın regionda sülhün bərqərar olmasına hazır olduğunu bildirib.

 

Armen Qriqoryan onu Avropa Komissiyasının Gürcüstanın Aİ-yə üzvlüyünə verdiyi müsbət qiymətə görə təbrik edib.

Sizə yeni x var
Keçid et
Putindən ermənilərə şok dəstək - AYAĞA QALXIN!