Modern.az

Türkiyədə mühüm TOPLANTI: Ermənistana çağırış edildi

Türkiyədə mühüm TOPLANTI: Ermənistana çağırış edildi

Dünya

29 Noyabr 2023, 21:48

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda Qəzzadakı vəziyyət müzakirə olunub.

 

İclasın sonunda yayılan bəyanatda deyilir ki, Türkiyə Azərbaycan-Ermənistan danışıqlarının daimi sülh sazişi ilə nəticələnəcəyinə ümid edir.

 

“Türkiyə Ermənistan da daxil olmaqla regionun bütün ölkələrinin sülh və rifahına töhfə verəcək davamlı sülhün bərqərar olması istiqamətində bütün səmimi səyləri dəstəkləyəcək”, - bəyanatda bildirilir.

 

İclasda qeyri-regional aktorların məsələyə müdaxilə etmək cəhdləri də dəyərləndirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən ermənilərə şok dəstək - AYAĞA QALXIN!