Modern.az

Türkiyə Şimali Kiprə qırıcı təyyarələr yerləşdirdi

Türkiyə Şimali Kiprə qırıcı təyyarələr yerləşdirdi

Dünya

9 Mart 2026, 11:05

"Bölgəmizdə baş verən son hadisələr fonunda Şimali Kipr Türk Respublikasına (ŞKTR) təhlükəsizliyinin artırılmasına yönəlmiş mərhələli planlaşdırma çərçivəsində 6 ədəd F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemləri bu gündən etibarən KKTC ərazisinə yerləşdirilib".

Modern.az xəbər verir ki, bu, Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda əksini tapıb.

Bildirilib ki, baş verən hadisələrin inkişafından asılı olaraq aparılacaq qiymətləndirmələrin nəticəsinə əsasən, zərurət yarandığı halda əlavə tədbirlərin görülməsi davam etdiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!