Modern.az

Ukrayna İrana qarşı dron mütəxəssisləri göndərib

Ukrayna İrana qarşı dron mütəxəssisləri göndərib

Dünya

9 Mart 2026, 13:32

 Ukrayna İordaniyadakı Amerika bazalarını qorumaq üçün dron mütəxəssisləri göndərib.

Modern.az xəbər verir ki, bu barədə Volodimir Zelenski açıqlama verib. O, Yaıxn Şərq ölkələrinin İranın raket və dron hücumlarından qorunmasına dəstək verdiklərini xatırladıb.

Eyni zamanda bildirilib ki, Yaxın Şərqdəki münaqişə Ukraynanın ehtiyac duyduğu müdafiə silahlarının tədarükünü poza bilər.

ABŞ hakimiyyəti rəsmi olaraq 7 martda İran dronları ilə mübarizədə Ukraynadan kömək istəyib. Zelenski bildirib ki, Ukrayna komandası martın 7-dən Yaxın Şərqdədir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...