Modern.az

“Soyad sadəcə təsadüfdür”: Madyar gələcək XİN başçısını təqdim edib

“Soyad sadəcə təsadüfdür”: Madyar gələcək XİN başçısını təqdim edib

Dünya

21 Aprel 2026, 03:02

Macarıstanın Baş naziri Peter Madyar Polşanın Baş naziri Donald Tuska ölkəsinin gələcək xarici işlər naziri kimi Anita Orbanı təqdim edib.

Modern.az xəbər verir ki, Madyar təqdimat zamanı zarafatla bildirib ki, onun soyadı keçmiş baş nazir Viktor Orbanla yalnız təsadüfdür və aralarında heç bir qohumluq əlaqəsi yoxdur.

Donald Tusk da bu zarafata qoşularaq cavab verib: “Mənim adım da ümumiyyətlə Donalddır”.

Görüş zamanı tərəflər regional əməkdaşlıq və Avropa gündəliyindəki məsələləri də müzakirə ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?