Modern.az

İran üçün şəhid olmaq istəyənlər 29 milyonu keçdi

İran üçün şəhid olmaq istəyənlər 29 milyonu keçdi

Dünya

21 Aprel 2026, 14:06

“Canını İran üçün fəda edənlər” (“Jan-Fada”) kampaniyasına qeydiyyat sayı 29 milyonu keçib.

Modern.az xəbər verir ki, bu barədə “Mehr” Agentliyi məlumat yayıb.

“Jan-Fada” milli kampaniyası xarici təhdidlərə qarşı mübarizədə ölkəni müdafiə etməyə hazır könüllülərin qeydiyyatı məqsədilə başladılıb.

“Jan-Fada” saytının məlumatına əsasən, indiyə qədər 29 milyon 1407 nəfər bu kampaniyaya qoşularaq İranı müdafiə etməyə hazır olduğunu bildirib.

Vətəndaşlar 30001155 nömrəsinə “1” rəqəmini göndərməklə və ya “Jan-Fada” saytına daxil olaraq öz məlumatlarını qeyd edib vətəni müdafiə etməyə hazır olduqlarını bildirə bilərlər.

İran Mədəniyyət və İslami Əlaqələr Təşkilatının məlumatına görə, xaricdə yaşayan iranlıların da bu kampaniyada iştirakla bağlı çoxsaylı müraciətlərindən sonra, onların da onlayn şəkildə qeydiyyatdan keçə bilmsəinə şərait yaradılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı