ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak özünün X səhifəsində Türkiyə Xarici İşlər Nazirliyinin Ermənistan–Türkiyə birgə işçi qrupu ilə bağlı bəyanatını paylaşıb.
Modern.az-ın məlumatıa görə, o bildirib:
“Bu gün regional əlaqəlilik və sülhün gücləndirilməsi baxımından mühüm mərhələdir. Ermənistan və Türkiyə rəsmiləri Türkiyənin Qars şəhərində görüş keçiriblər və bu görüş zamanı Qars–Gümrü dəmir yolunun bərpası üzrə birgə işçi qrupun yaradıldığı elan edilib. Bu xətt bir əsrdən artıq müddət ərzində regionu birləşdirən əsas ticarət və tranzit marşrutlarından biri olub və 1993-cü ilin iyulunda Türkiyə–Ermənistan sərhədini son qatar keçdikdən sonra fəaliyyəti dayanıb”.
Səfirin sözlərinə görə, əldə edilən irəliləyiş “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” təşəbbüsü çərçivəsində irəli sürülən baxışla üst-üstə düşür və həmçinin 8 avqustda ABŞ prezidentinin sədrliyi ilə Ağ Evdə keçirilmiş tarixi sülh sammitinin nəticələrini əks etdirir.