Modern.az

Rəsmən CHP sədri oldu

Rəsmən CHP sədri oldu

Dünya

Bu gün, 14:55

Türkiyədə məhkəmə qərarından sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbərliyi ilə bağlı rəsmi məlumatlar yenilənib.

Modern.az xəbər verir ki, Ankara Regional Apellyasiya Məhkəməsinin 36-cı Hüquq Kollegiyası mayın 21-də CHP-nin 2023-cü il 4-5 noyabr tarixlərində keçirilən qurultayının “mütləq etibarsız” sayılması barədə qərar qəbul edib.

Məhkəmə qərarından sonra Türkiyə Baş Prokurorluğu siyasi partiyalarla bağlı rəsmi məlumat bazasında dəyişiklik edib. Belə ki, “Partiya Başqanı” bölməsindən Özgür Özelin adı çıxarılıb və onun yerinə Kemal Kılıçdaroğlunun adı qeyd olunub.

Baş Prokurorluğun məlumatına görə, CHP-nin hazırda 1 milyon 922 min 757 qeydiyyatda olan üzvü var.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı