Modern.az

Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi

Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi

Dünya

Bu gün, 09:17

Rusiya Ermənistanın Avropa İttifaqına üzvlük prosesini davam etdirəcəyi təqdirdə, bu ölkəyə təbii qaz, neft məhsulları və emal olunmamış almaz tədarükünə dair sazişi birtərəfli qaydada dayandıra və ya denonsasiya edə bilər.

Modern.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

Nəşr iddia edir ki, məsələ ilə bağlı Rusiyanın energetika naziri Sergey Tsivilyov mayın 25-də Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə məktub göndərib.

Məktubda qeyd olunur ki, Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar “ölkələrimizin hökumətləri və təsərrüfat subyektləri arasında onilliklər ərzində qarşılıqlı hörmət və fayda prinsipləri əsasında formalaşmış tərəfdaşlığın xarakterinə uyğun gəlmir”.

Həmçinin vurğulanıb ki, Rusiya indiyədək Ermənistanın kritik əhəmiyyət daşıyan ehtiyaclarını güzəştli şərtlərlə təmin etmək üçün dəfələrlə praktik addımlar atıb.

Qeyd edək ki, söhbət 2013-cü ilin dekabrında imzalanmış sazişdən gedir. Həmin razılaşmaya əsasən, Rusiya Ermənistana qaz, neft məhsulları və emal olunmamış almaz ixracına tətbiq olunan gömrük rüsumlarını müddətsiz olaraq ləğv etmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı