Modern.az

Baş nazir onu "xəyanətkar" adlandırdı

Baş nazir onu "xəyanətkar" adlandırdı

Dünya

Bu gün, 10:42

Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkədə İranın təsirinin güclənməsi ilə bağlı hesabatın həmmüəllifi siyasətçi Georgi Kandelakini “xəyanətkar” adlandırıb.

Modern.az xəbər verir ki, Kobaxidze Vaşinqtonda təqdim olunan ABŞ-nin "Hudson Institute" hesabatının nəticələrini sərt tənqid edib.

Baş nazir xüsusilə Gürcüstanla İran arasında ikitərəfli ticarət əlaqələrinin əhəmiyyətini vurğulayıb. Onun ardınca hakim Georgian Dream partiyasının digər nümayəndələri də Georgi Kandelakini dövlətə xəyanətdə ittiham edib və onun məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı