Modern.az

Rusiyanın adamı Ermənistanda aksiya iştirakçılarına pul veribmiş

Rusiyanın adamı Ermənistanda aksiya iştirakçılarına pul veribmiş

Dünya

27 May 2026, 12:58

Ermənistanda “Güclü Ermənistan” Partiyasının təşkil etdiyi mitinqdə iştirak edən şəxslərə pul verildiyi iddia olunur.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, aksiyada iştirak edən bir qrup şəxsə mitinqə qatılmaları müqabilində hərəsinə 15 min dram(69 manat 23 qəpik-red) ödənilib.

Faktla bağlı cinayət işi başlanıb. İstintaq çərçivəsində iki nəfərin həbs edildiyi açıqlanıb.

Qeyd edək ki, "Güclü Ermənistan" Partiyasının sədri rusiyalı iş adamı, milyarder Samvel Karepetyandır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...