Modern.az

ABŞ ilə İran arasında razılaşmanın DETALLARI

ABŞ ilə İran arasında razılaşmanın DETALLARI

Dünya

Bu gün, 17:33

İran dövlət televiziyası Tehranla ABŞ arasında münaqişənin dayandırılması ilə bağlı ilkin, qeyri-rəsmi çərçivə sazişi layihəsinin əldə olunduğunu açıqlayıb.

Modern.az xəbər verir ki, yayılan məlumata əsasən, layihədə İranın bir ay ərzində Hörmüz boğazı vasitəsilə kommersiya gəmiçiliyini müharibədən əvvəlki səviyyəyə qaytarması nəzərdə tutulur.

Bunun müqabilində ABŞ qüvvələrinin İran ətrafındakı bölgələrdən çıxarılması və dəniz blokadasının aradan qaldırılması planlaşdırılır.

Məlumata görə, hərbi gəmiləri əhatə etməyən çərçivə sazişi İranın Omanla əməkdaşlıq şəraitində boğazdan keçən gəmiçiliyə nəzarət etməsini nəzərdə tutur.

İran tərəfi bildirib ki, sənəd hələ yekun formasını almayıb və Tehran “real yoxlama” aparılmadan heç bir addım atmayacaq.

Dövlət televiziyası əlavə edib ki, yekun razılaşma 60 gün ərzində əldə olunarsa, sənəd BMT Təhlükəsizlik Şurasının məcburi qətnaməsi kimi təsdiqlənə bilər.

Qeyd olunub ki, ABŞ və İran arasında hazırlanması gözlənilən anlaşma memorandumu fevral ayında başlayan müharibədən sonra aparılan dolayı danışıqların nəticəsidir.

Məlumata əsasən, danışıqlarda Pakistan Tehran və Vaşinqton arasında əsas vasitəçi rolunda çıxış edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı