ABŞ Prezidenti Donald Tramp ilə Suriya Prezidenti Əhməd əş-Şaraa arasında telefon danışığı baş tutub.
Modern.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi Suriya prezidentinin ofisinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, Tərəflər söhbət zamanı Suriyaya qarşı qüvvədə qalan ABŞ sanksiyalarının ləğvi perspektivlərini müzakirə ediblər.
Məlumata görə, Əhməd əş-Şaraa Trampa bildirib ki, Suriyaya qarşı qalan sanksiyaların aradan qaldırılması ölkənin iqtisadi bərpası və yenidən qurulması istiqamətində fundamental addım olacaq.
Donald Tramp isə öz növbəsində Suriyada sabitliyin qorunmasının və bərpa prosesinə dəstəyin vacibliyini vurğulayıb. ABŞ prezidenti regional təhlükəsizliyin və sülhün möhkəmləndirilməsi, həmçinin bölgədə gərginliyin daha da artmasının qarşısının alınması üçün diplomatiya və dialoqun əhəmiyyətini qeyd edib.
Telefon danışığı zamanı liderlər Suriyanın bərpasına dəstək istiqamətində görülən işləri və regionda baş verən son prosesləri də müzakirə ediblər.