Modern.az

Rusiya tankerini ələ keçirdilər

Rusiya tankerini ələ keçirdilər

Dünya

Bu gün, 10:43

Fransa Hərbi Dəniz Qüvvələri Böyük Britaniya və digər müttəfiq qüvvələrin dəstəyi ilə Atlantik okeanında Rusiyadan hərəkət edən və beynəlxalq sanksiyalar altında olan neft tankerini saxlayıb.

Modern.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron X sosial şəbəkəsində paylaşım edib.

“Dünən səhər Fransa Hərbi Dəniz Qüvvələri Rusiyadan gələn və beynəlxalq sanksiyalara məruz qalan növbəti neft tankerini – “Tagor”u saxladı. Qətiyyətimiz dəyişməz və mütləqdir”, – Makron bildirib.

Fransa prezidenti beynəlxalq sanksiyalara tabe olmayan gəmilərin fəaliyyətini qəbuledilməz adlandırıb. O vurğulayıb ki, bu cür gəmilər həm ətraf mühit, həm də ümumi təhlükəsizlik üçün risk yaradır.

Məlumata görə, əməliyyat Atlantik okeanında Böyük Britaniya və digər müttəfiq ölkələrin iştirakı ilə həyata keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV