Dünyada 13–15 yaş arasında olan təxminən 40 milyon yeniyetmə tütün məhsullarından istifadə edir.
Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
ÜST tərəfindən bildirilib ki, təşkilat tütün və nikotin sənayesinin məhsullarını gəncləri asılılıq dövrünə salacaq şəkildə dizayn edilib.
“Gəlin bu məhsulların cəlbediciliyinin arxasında duran mexanizmləri ifşa edək və tütün asılılığından azad dünya üçün birlikdə çalışaq”, – məlumatda vurğulanıb.
ÜST yeniyetmələr arasında elektron siqaret istifadəsinin artmasına da diqqət çəkib. Təşkilatın xəbərdarlığına görə, yeniyetmələrin elektron siqaretlərdən istifadə ehtimalı böyüklərlə müqayisədə doqquz dəfəyədək daha yüksəkdir.
Mütəxəssislər hesab edirlər ki, erkən yaşlarda formalaşan nikotin asılılığı gələcəkdə ciddi sağlamlıq problemlərinə və uzunmüddətli asılılıq riskinin artmasına səbəb ola bilər.