Modern.az

Fransa Ermənistanda hərbi baza yaradır? - RƏSMİ AÇIQLAMA

Fransa Ermənistanda hərbi baza yaradır? - RƏSMİ AÇIQLAMA

Dünya

1 İyun 2026, 10:58

Ermənistan Müdafiə Nazirliyi ölkə ərazisində 840 fransız hərbçisinin yerləşdirilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Modern.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bu barədə Factor TV-yə açıqlamasında danışıb.

Onun sözlərinə görə, yayılan iddiaların reallıqla heç bir əlaqəsi yoxdur.

“Yayılan saxta materiallar toplusu Ermənistana qarşı həyata keçirilən hibrid fəaliyyətlər çərçivəsində növbəti dezinformasiya kampaniyasıdır. Belə informasiya hücumlarının məqsədi cəmiyyətdə etimadsızlıq və daxili gərginlik yaratmaq, həmçinin Ermənistanla beynəlxalq tərəfdaşları arasında əməkdaşlığa olan etimadı sarsıtmaqdır”, – Aram Torosyan bildirib.

Qeyd edək ki, son günlər sosial media və bəzi platformalarda Ermənistanda yüzlərlə fransız hərbçisinin yerləşdirildiyi ilə bağlı iddialar yayılmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İrana DƏHŞƏTLİ HÜCUM hazırlığı başladı - ABŞ desant göndərdi