Modern.az

Ermənistanı tanımayan yeganə ölkə ilə əlaqələr qurulub? - Paşinyan açıqladı

Ermənistanı tanımayan yeganə ölkə ilə əlaqələr qurulub? - Paşinyan açıqladı

Dünya

Bu gün, 12:12

Ermənistan rəsmi şəkildə Avropa İttifaqına üzvlük üçün müraciət etməyənə və ya namizəd statusuna yaxınlaşmayana qədər bu məsələ ilə bağlı referendum keçirmək məntiqsizdir.

Modern.az xəbər verir ki, Baş nazir Nikol Paşinyan bu barədə  “Facebook” səhifəsində paylaşdığı videomüraciətdə danışıb.

"Hazırda Avropa İttifaqına üzvlük məsələsi nəzəri xarakter daşıyır və nəzəri seçimlərin referenduma çıxarılması məqsədəuyğun deyil.  Ermənistan hakimiyyəti Avrasiya İqtisadi İttifaqında fəaliyyətini sakit və ardıcıl şəkildə davam etdirəcək, çünki bu platformada hələ də istifadə olunmamış imkanlar mövcuddur",-deyə o qeyd edib.

Baş nazir çıxışında balanslaşdırılmış xarici siyasət modelinə də toxunub:

"Dövlət beynəlxalq münasibətlər sistemində yalnız digər ölkələrlə qarşılıqlı əlaqələr çərçivəsində mövcud ola bilər. Planetlər və səma cisimləri müəyyən qravitasiya münasibətləri əsasında mövcud olur. Bu münasibətlər pozulduqda və balans itdikdə fəlakətlər baş verir. Balanslaşdırılmış xarici siyasət kəskin dönüşlər demək deyil və yeni balansın qurulması, əvvəlkinin bərpası mərhələli şəkildə həyata keçirilməlidir".

Paşinyan Rusiya ilə münasibətlərə də xüsusi toxunaraq qeyd edib ki, Moskva ilə əlaqələr transformasiya mərhələsindədir:

“Bu transformasiya mərhələsini müsbət qiymətləndirirəm. Yeni şəraitdə Rusiya ilə yeni münasibətlər qururuq və bu prosesdə uğur qazanacağımıza inanıram. Çünki münasibətlərimiz açıq və səmimidir".

İqtisadi siyasətlə bağlı danışan Paşinyan “müstəqilliyi az sayda tərəfdaşdan asılılığın çoxsaylı tərəfdaşlarla əvəz olunması” kimi xarakterizə edib:

"Tərəfdaşların sayının artırılması riskləri minimuma endirir və dövlətin manevr imkanlarını genişləndirir. Bu yanaşma nəticəsində Ermənistan 2022-ci ildən sonra əvvəllər diplomatik əlaqələrinin olmadığı ölkələrlə münasibətlər qurub. Bu sırada xüsusilə Səudiyyə Ərəbistanı və Pakistan var”.

Baş nazir əlavə edib ki, hazırda Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində ciddi iş aparılır. Paşinyanın sözlərinə görə, bu istiqamətdə mövcud disbalansın aradan qaldırılması Ermənistan üçün seçim deyil, dövlətin fəaliyyəti baxımından zərurətdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV